Azər Məmmədov: Daha bir-iki mövqeyə futbolçu transfer etmək istəyirik
Misli Premyer Liqasının 1-ci turunda səfərdə “Sabah”la qarşılaşan “Kəpəz” 0:2 hesabı ilə məğlub olub.
Sportify.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında oyunu dəyərləndirib.
50 yaṣlı mütəxəssis “Sabah”ın güclü komanda olduğunu bildirib:
“Çempionatımızın ən yaxşı komandalarından birinə qarşı oynayırdıq. İstənilən halda hər bir komanda ilə qarşılaşmalıyıq. Futbolçularımıza təşəkkür etmək istəyirəm. “Sabah”ın çox güclü komanda olmasına baxmayaraq, futbolçularımız çəkinmədilər”.
Azər Məmmədov komandaya cəlb olunan yeni futbolçuların çıxışını da dəyərləndirib. O, klubun büdcəsinə uyğun olaraq transfer siyasətindən narazı olmadıqlarını qeyd edib.
“Kəpəz”in baş məşqçisi transfer çalışmalarının davam etdiyini və xüsusilə hücum xəttinə yeni futbolçu almaq istədiklərini vurğulayıb:
“Düşünürük ki, daha bir-iki mövqeyə, xüsusilə hücum xəttinə futbolçu transfer edək. Bu, yerli futbolçu da ola bilər. Düzdür, hazırda yerli futbolçu tapmaq bir qədər çətindir. Ona görə də digər istiqamətlərə də müraciət edəcəyik”.



No Comment! Be the first one.