Boksçumuz Avropa çempionu oldu
Azərbaycanlı boksçusu Cəmilə Muradlı Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatının qalibi olub.
Sportify.az xəbər verir ki, 57 kq çəkidə mübarizə aparan milli üzvü finalda Aliya İbrahimi (Almaniya) məğlub edib.
Hər 3 raundu xeyrinə bitirən Muradlı 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.
Daha bir medalı isə Səma Abbasova (66 kq) qazanıb. Finalda Ada Eybeyə (Türkiyə) uduzan Abbasova gümüş medala sahib olub.

Bununla da yığmaın medallarının sayı 5-ə yüksəlib. Daha öncə Cəmilə Muradlı (57 kq) qızıl, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.
Qeyd edək ki, bu gün Azərbaycanın daha 3 boksçusu final döyüşünə çıxacaq.


No Comment! Be the first one.