Azərbaycan Kuboku: Premyer Liqanın bütün klubları 1/8 finalda
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final cütlərindən 6-nın tərkibi müəyyənləşib.
Sportify.az xəbər verir ki, bu, II təsnifat mərhələsinin 12 görüşündən 10-u yekunlaşdıqdan sonra bəlli olub.
“16-lığ”a düşən komandalardan 12-i Premyer Liqa təmsilçiləridir. Yəni, elitanın bütün iştirakçıları yoluna davam edəcəklər.
Qalan 4 vəsiqədən birinin sahibi I Liqa təmsilçisi “Şahdağ Qusar”, digəri II Liqada çıxış edən “Marafon”dur.
Son 2 vəsiqədən birini I Liqa təmsilçisinin alacağı dəqiqdir. Bu, ya “Xankəndi”, ya da “Gəncəbasar” olacaq.
Nəhayət, sonuncu vəsiqənin sahibi II Liqa komandası “Zəngəzur”la I Liqada çıxış edən “Karvan Yevlax” arasındakı görüşün yekununda müəyyənləşəcək.
Beləliklə, 1/8 finalda çıxış edəcəklər:
“Araz-Naxçıvan” – “Marafon”
“Sabah” – “İmişli”
“Sumqayıt” – “Qarabağ”
“Qəbələ” – “Şahdağ Qusar”
“Xankəndi” / “Gəncəbasar” cütünün qalibi – “Şamaxı”
“Neftçi” – “Şəfa”
“Zəngəzur” / “Karvan Yevlax” cütünün qalibi – “Zirə”
“Turan Tovuz” – “Kəpəz”
Qeyd edək ki, II təsnifat mərhələsinin son 2 görüşü oktyabrın 29-da keçiriləcək.


No Comment! Be the first one.