Azərbaycan Kuboku: Daha 5 klub 1/8 finalda - YENİLƏNDİ
Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsi davam edir.
Sportify.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb. Beləliklə, növbəti beş 1/8 finalçının adına aydınlıq gəlib.
“İmişli” “Qaradağ Lökbatan”ı, “Şahdağ Qusar” MOİK-i, “Şamaxı” isə “Haypers”i mübarizədən kənarlaşdırıb. “Şəfa” “Ağstafa Gəncləri”nə qalib gələrək növbəti mərhələyə adlayıb.
Günün son matçında isə “Kəpəz” “Baku Sportinq”ə qalib gəlib və 1/8 finala vəsiqə qazanıb.
Azərbaycan Kuboku, II təsnifat mərhələsi
28 oktyabr (çərşənbə)
14:00. “İmişli” – “Qaradağ Lökbatan” – 4:1
Qollar: Fərid Nəbiyev, 73. Seyxan Fərəcov, 86; 90. Dioqo Kardozu, 90+4 – Əli Əlizadə, 44
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Elçin Abdullayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Yevlax şəhər stadionu (canlı / “CBC Sport”)
14:00. MOİK – “Şahdağ Qusar” – 1:9
Qollar: Qurban Səfərov, 46 – Aqostinyo Çipesse, 28; 45; 78. Joze Zenqo, 43. Məqsəd İsayev,
54. Mehrac Baxşalı, 59. Arsene Dauda, 63; 67. Gülağa Əsədov, 82
Qırmızı vərəqə: Zahid Mərdanov, 73 (MOİK – təcavüzkar davranışa görə)
Hakimlər: Murad Səlimov, Anar Bədəlov, Zakir Şükürzadə, Pərviz İbrahimov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Binə qəsəbə stadionu
14:00. “Hypers” – “Şamaxı” – 1:5
Qollar: Mahmud Məmmədov, 62 – Oruc Məmmədov, 4. Edqar Adilxanov, 35. Teşaqer
Dequ, 60. Həbib İsmayılov, 74. Tornike Axvlediani, 86
Hakimlər: Şamil İmanzadə, Elman Kərimov, Əkbər Əliyev, Nahid Xasıyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Şamaxı şəhər stadionu
16:00. “Şəfa” – “Ağstafa Gəncləri” – 9:2
Qollar: Bafode Dansoko, 4; 9; 29. Treyvon Fuller, 14; 31. Elmar Məmmədov, 18; 30.
Vüsal Qənbərov, 25. Luis Felipe, 88 – Elçin Qasımov, 44 (pen.). Hüseyn Alıyev, 62
Qolla nəticələnməyən penalti: Dilan Mertens, 53 (“Şəfa”)
Hakimlər: Sənan Bayramzadə, Elmin Süleymanov, Sevda Nuriyeva, Alik Yunusov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Azər Əsgərov
“SOCAR Polymer Arena”
19:00. “Kəpəz” – “Baku Sportinq” – 3:1
Qollar: Vadim Abdullayev, 2. Cəfər Əlizadə, 77 (öz qapısına). Hüseyn Babayev, 79 – Əli Babayi, 12
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Rasim Musayev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Gəncə şəhər stadionu (canlı / “CBC Sport”)



No Comment! Be the first one.