Millimizdən Avropa çempionatında 3 ardıcıl qələbə
Azərbaycanın 18 yaşadək basketbolçu qızlardan ibarət milli komandası Rumıniyanın Tulça şəhərində keçirilən FIBA U18 Qadınlar Avropa çempionatının B divizionunda 20 ölkə arasında ən gənc heyətlə çıxış edib.
Sportify.az xəbər verir ki, komandanın orta yaşı 16 olub.
Turnirdə 7 oyun keçirən milli 3 qələbə qazanaraq 17-ci yeri tutub. Komanda yarışı 3 ardıcıl qələbə ilə başa vurub və həmin oyunlarda orta hesabla 75,3 xal toplayıb.
Azərbaycan millisi Şimali Makedoniya və Estoniya üzərində çətin qələbələr qazanıb, Norveçi isə 29 xal fərqlə məğlub edib.
Azərbaycan – Şimali Makedoniya – 75:73
Azərbaycan – Estoniya – 74:71
Azərbaycan – Norveç – 77:48.


No Comment! Be the first one.