Azərbaycan Qran Prisində əsas yarış başladı
Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-Prisində əsas yarış başlayıb.
Sportify.az xəbər verir ki, mübarizəyə saat 15:00-da start verilib.
Formula 1 yürüşündə pilotlar start düzülüşünə sıralama turunun nəticələrinə əsasən çıxıblar.
Yarışa birinci yerdən “Mercedes”in sürücüsü Corc Rassell başlayıb. İkinci pillədə “Ferrari”nin pilotu Şarl Lekler, üçüncü sırada isə “McLaren”in təmsilçisi Oskar Piastri qərarlaşıb. Onları müvafiq olaraq İsak Hacar (“Red Bull”), Lando Norris (“McLaren”), Luis Hemilton (“Ferrari”), Pyer Qasli (“Alpine”), Maks Ferstappen (“Red Bull”), Karlos Sayns (“Williams”) və Esteban Okon (“Haas”) izləyirlər.


No Comment! Be the first one.