“Ballon d`Or”: Ən yaxşı komandalar bəlli oldu
Fransa PSJ-si 2025/2026 mövsümünün kişilər arasında ən yaxşı futbol klubu seçilib.
Sportify.az xəbər verir ki, Paris təmsilçisi ötən mövsüm UEFA Çempionlar Liqasının və Fransa çempionatının qalibi olub.
Klubun futbolçusu Usman Dembele “Qızıl top” mükafatının təqdimetmə mərasimində mükafatı səhnədə qəbul edib.
Qadın futbolunda isə mövsümün ən yaxşı klubu adına İspaniya “Barselona”sı layiq görülüb. Kataloniya təmsilçisinin mükafatını klubun prezidenti Joan Laporta alıb.


No Comment! Be the first one.