Böyük Dəbilqə: Millimiz ilk medalını qazandı
İsveçrənin Lozanna şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqədə Azərbaycan milli komandası ilk medalını qazanıb.
Sportify.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan Ömər Rəcəbli bürünc medala sahib olub.
O, 3-cü yer uğrunda görüşdə BƏƏ təmsilçisi Georgi Elbakiyevi məğlub edib.
Qeyd edək ki, ilk iki yarış günündə tatamiyə çıxmış 9 azərbaycanlı cüdoçudan heç biri mükafatçılar sırasına düşə bilməyib.



No Comment! Be the first one.