"Barselona"nın futbolçusu zədələndi
İspaniyanın “Barselona” klubunun hücumçusu Rafinya Braziliya və Avstraliya milli komandaları arasında keçirilən yoldaşlıq görüşündə zədələnib.
Sportify.az xəbər verir ki, 29 yaşlı futbolçu əzələ nahiyəsində yaranan narahatlıq səbəbindən qarşılaşmanın ilk hissəsindən sonra əvəzlənib.
O, birinci hissədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib və bununla da məhsuldar seriyasını davam etdirib.
Braziliyalı hücumçu cari mövsümdə iştirak etdiyi hər oyunda ən azı qol və ya bir məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Rafinya 2026-cı il “Qızıl top” mükafatına namizədlərin açıqlanan ilk 30-luğuna daxil edilməyib.



No Comment! Be the first one.