CBC Sport-dan Rəhim Həsənovun izahatına cavab - VİDEO
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov “Turan Tovuz”un “Şamaxı” ilə Misli Premyer Liqasının II tur matçında vurduğu qolu görüntülərin aydın olmaması səbəbindən qeydə almadıqlarını bildirib.
Sportifty.az xəbər verir ki, yayımçı CBC Sport telekanalının əməkdaşı Süleyman Vəliyev “Bizim futbol” verilişində məsələyə aydınlıq gətirib.
Onun sözlərinə görə, telekanal əlindəki bütün imkanlardan ən yüksək səviyyədə istifadə edərək, oyunların teleyayımını tamaşaçılara təqdim etməyə çalışır: “Əlbəttə, bu, bəlkə də daha yaxşı ola, başqa texnologiyalar – bütün suallara aydınlıq gətirəcək “goal line” da tətbiq oluna, bir sözlə, tamam başqa cür ola, belə səhvlərin qarşısını ala bilərdi. Amma biz əlimizdəki bütün imkanlardan istifadə edərək, Avropa standartlarına uyğun ən yaxşı şəkildə, ən yüksək səviyyədə təqdim etməyə çalışırıq”.
“CBC Sport” əməkdaşı ümid etdiklərini bildirib ki, gələcəkdə ən azı belə epizodlarla bağlı mübahisə və müzakirələr olmayacaq: “İnanırıq ki, artıq Azərbaycan Premyer Liqasında yeni texnologiyalar – yaxın illərdə VAR texnologiyasının ardınca “goal line” da liqamızda tətbiq ediləcək və artıq belə mübahisələr də olmayacaq”.



No Comment! Be the first one.