Çin şirkətləri Mbappe ilə reklam əməkdaşlığını dayandırır
İspaniya təmsilçisi “Real Madrid”in hücumçusu Kilian Mbappe Çin şirkətləri ilə reklam tərəfdaşlıqlarını itirməyə başlayıb.
Sportify.az xəbər verir ki, buna fransalı futbolçunun müsahibəsində səsləndirdiyi fikirlər səbəb olub.
Enerji içkiləri istehsalçısı “Dongpeng” və süd məhsulları istehsalçısı “Mengniu” futbolçu ilə əməkdaşlığa son qoyduqlarını açıqlayıblar.
“Dongpeng” şirkəti bəyanatında milli hisslərə hörmətsizlik kimi qiymətləndirdiyi hərəkətlərə qarşı olduğunu bildirib və Mbappe ilə bütün əməkdaşlığın dayandırıldığını qeyd edib.
“Mengniu” şirkəti də oxşar mövqe sərgiləyərək Çin xalqının hisslərini təhqir edən ifadə və davranışları qəbul etmədiyini vurğulayıb.
Məlumata görə, Mbappe daha əvvəl müsahibələrinin birində ən çox sevdiyi memin üzünün qrafik redaktə vasitəsilə Çin diktatorunun üzərinə yerləşdirildiyi şəkil olduğunu söyləyib.
Son bir ildə sosial şəbəkələrdə azarkeşlər fransalı futbolçunu zarafatla “diktator” adlandırıblar. Buna səbəb onun “Real Madrid”də və Fransa millisində qərarlara təsirinin çox olması ilə bağlı iddialardır.


No Comment! Be the first one.