Cüdoçumuz 12-ci dəfə Avropa çempionu oldu
Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan təmsilçisi Fərhad Rəcəbli qızıl medal qazanıb.
Sportify.az xəbər verir ki, M8 yaş kateqoriyasında -90 kq çəki dərəcəsində mübarizə aparan Rəcəbli bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Təmsilçimiz final görüşündə Böyük Britaniya cüdoçusu Ceyms Veyti məğlub edib.
Bu nəticə ilə Fərhad Rəcəbli veteranlar arasında karyerasında 12-ci dəfə Avropa çempionu tituluna yiyələnib. O, eyni zamanda 12 qat dünya çempionudur.
Qeyd edək ki, veteranlar arasında Avropa çempionatında Azərbaycanı ümumilikdə 15 cüdoçu təmsil edir.



No Comment! Be the first one.