"Dinamo Kiyev"in baş məşqçisi qovuldu
Ukraynanın “Dinamo Kiyev” klubu baş məşqçisi İqor Kostyukla yollarını ayırıb.
Sportify.az xəbər verir ki, buna Premyer Liqanın IX turunda “Polesye”yə 1:3 hesablı səfər məğlubiyyəti səbəb olub.
Klub prezidenti İqor Surkis 50 yaşlı mütəxəssisin istefasına qərar verib.
Komandanı oktyabrın 23-də “Kudrivka” ilə keçiriləcək növbəti oyuna qədər müvəqqəti baş məşqçi Matsey Kędzerek hazırlayacaq.
“Dinamo Kiyev”lə qarşılaşmada “Polesye” 5-ci dəqiqədən sonadək 10 futbolçu ilə çıxış edib. Buna həmin vaxt qapıçı Oleq Kudrikin cərimə meydançasından kənarda əllə oynadığı üçün birbaşa qırmızı vərəqə alması səbəb olub.
Nəticədə meydana yeni qapıçı Yevgeni Volınets buraxılıb. Eyni anda “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Leandro Andrade də meydandan çıxarılaraq, başqa bir futbolçu ilə əvəzlənib.
Qeyd edək ki, “Dinamo” 2025/2026 mövsümündə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olub. Kiyev təmsilçisi Azərbaycan çempionuna iki görüşün yekununda (1:0, 0:2) uduzaraq mübarizəni dayandırıb.



No Comment! Be the first one.