Dünya çempionatı: Millimizin rəqibi bəlli oldu
Bakıda 15 yaşadək futbolçular arasında keçirilən dünya çempionatı və festivalında Azərbaycan millisinin 1/16 final mərhələsindəki rəqibi müəyyənləşib.
Sportify.az xəbər verir ki, bu, Çili yığmasıdır.
Oktyabrın 28-də Hövsan Yarış Kompleksinin 10A meydançasında keçiriləcək görüş saat 11:30-da başlanacaq.
Qeyd edək ki, hər iki komanda qrup mərhələsində öz qruplarında 3-cü yeri tutub. Ona görə də 1/16 finala yüksələn komandalar arasında 65 – 98-ci yerlər uğrunda oyunlar gedəcək.
Turnirin əsasnaməsinə əsasən, qalib komandalar 1/8 final mərhələsinə yüksələcəklər. Məğlub komandalar isə digər məğlub komandalarla qarşılaşacaqlar. Hər komanda 3-cü səbətdə ümumilikdə beş oyun keçirəcək.
Bütün görüşlərini qələbə ilə başa vuran komanda bu səbətin qalibi olacaq və ümumi turnir sıralamasında 65-ci yeri tutacaq. Bütün oyunlarında məğlub olan komanda isə 3-cü səbətdə 32-ci, ümumi turnir sıralamasında isə 96-cı yerdə qərarlaşacaq.



No Comment! Be the first one.