Emin Mahmudov: Arzumuz bu il 90 illiyini keçirən “Neftçi” ilə çempionluq yaşamaqdır - VİDEO
Misli Premyer Liqasının VI turunda “Neftçi” üçün əlamətdar hadisə yaşanacaq.
Sportify.az PFL-ə istinadən xəbər verir ki, səfərdə “Qəbələ” ilə qarşılaşacaq Bakı klubu ölkə çempionatlarında 1000-ci oyununa çıxacaq.
“Neftçi”nin müstəqillik dövründə ölkə çempionatlarında ilk qolunun müəllifi Yunis Hüseynov yubiley oyunla bağlı fikirlərini bölüşüb.
Veteran futbolçu ilk qolunu “Xəzər Sumqayıt”a qarşı matçda penaltidən vurduğunu xatırladıb:
“İlk oyunumuz “Xəzər Sumqayıt”a qarşı idi. Güclü rəqib idi. Penaltidən ilk qola imza atdım. Qapıda Elxan Həsənov dayanmışdı. Həmin il ardıcıl 12 oyunda qol vurmuşdum. “Neftçi”də oynamaq uşaqlıq arzum idi. Hər kəsin arzusu bu formanı geyinmək idi. SSRİ çempionatında da qollar vururdum. Yaşımın çox olmasına baxmayaraq, indi də zərbələrim yaxşıdır”.
Hazırda “Neftçi”də çıxış edən kapitan Emin Mahmudov isə Bakı klubunda oynamağın böyük qürur olduğunu qeyd edib: “Hələ də bu klubda bütün arzularıma çatmamışam. Bir dəfə çempion olmuşam. Daha çox kubok qazanmaq istəyirik. Arzumuz bu il 90 illiyini keçirən “Neftçi” ilə çempionluq yaşamaqdır”.



No Comment! Be the first one.