Fabyen Bartez millidə
Fabyen Bartez Fransa milli komandasının qapıçılar üzrə məşqçisi təyin olunub.
Sportify.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının (FFF) rəsmi saytı məlumat yayıb.
Beləliklə, 55 yaşlı mütəxəssis Zinəddin Zidanın rəhbərlik etdiyi məşqçilər korpusuna daxil olub. Komandada həmçinin David Bettoni, Hamidu Msaid, Qreqori Dyüpon, Stefan Plank, Farid Tabet və Klement İber yer alır.
Bartez futbolçu karyerası ərzində Fransa millisi ilə dünya və Avropa çempionu olub. O, həmçinin Marsel ilə Çempionlar Liqasının qalibi, “Mançester Yunayted”lə ikiqat İngiltərə çempionu, “Monako” ilə isə iki dəfə Fransa çempionu adını qazanıb.
2007-ci ildə futbolçu karyerasını başa vuran Bartez bundan sonra məşqçilik fəaliyyəti ilə məşğul olmayıb.



No Comment! Be the first one.