Futbolçunun dişlərini qırdılar, oyun yarımçıq qaldı
Niderland çempionatının üçüncü divizionunda “Eyselmeervogels” – GVVV matçı futbolçuya hücum edilməsi səbəbindən ilk hissədən sonra dayandırılıb.
Sportify.az xəbər verir ki, qarşılaşmanın keçirildiyi tribunaların altındakı koridorda meydan sahiblərinin müdafiəçisi Kyermo Dyumaya hücum edilib.
Hadisə GVVV-nin 2:0 hesabı ilə öndə olduğu vaxt baş verib.
25 yaşlı futbolçunun üzünə zərbə endirilib və nəticədə üç dişi geriyə doğru yer dəyişib. Bundan sonra “Eyselmeervogels”in futbolçuları oyunu davam etdirməkdən imtina ediblər.
Meydan sahiblərinin baş məşqçisi Villem Leuşuis Dyumayın ona hücum edən şəxsin GVVV-nin baş məşqçisinin köməkçisi Yon van Bekerinq olduğunu bildirdiyini açıqlayıb.
GVVV hadisəni pisləyib və bütün hallar araşdırıldıqdan sonra intizam tədbirlərinin görüləcəyini bəyan edib. Dyumay xəstəxanaya müraciət edib və polisə ərizə yazıb.
Tribunalarda azarkeşlər arasında baş verən qarşıdurmaya da hüquq-mühafizə orqanları müdaxilə edib. Hadisə ilə bağlı saxlanılan olmayıb.
Qeyd edək ki, Dyumay 2022-ci ildən GVVV-də çıxış edib, 2026-cı ilin yayında isə “Eyselmeervogels”ə keçib. Bu oyun onun sabiq komandasına qarşı ilk matçı olub.



No Comment! Be the first one.