"Fənərbağça" qələbəni əldən verdi, PSJ "Barselona"nı məğlub etdi - YENİLƏNDİ
UEFA Çempionlar Liqasının Liqa mərhələsində III turun ilk 9 oyunu keçirilib.
Sportify.az-ın məlumatına görə, Türkiyə təmsilçilərindən “Fənərbağça” “Sabah”ın ötən tur 2:0 hesabı ilə məğlubiyyətə uğratdığı Çexiyanın “Slaviya Praqa” komandasını qəbul edib.
Meydan sahibləri erkən qollarla 2:0 hesabı ilə önə keçsələr də, qələbəni əldən veriblər. “Slaviya Praqa” 2:2 hesablı heç-heçə edərək, ilk xalını qazanıb.
Gecənin mərkəzi qarşılaşması isə Fransanın paytaxtı Parisdə Çempionlar Liqasının son qalibi PSJ ilə ən titullu komandalardan sayılan İspaniya “Barselona”sı arasında gerçəkləşib. Matç meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər oyunların da bir çoxu məhsuldarlığı ilə diqqət çəkib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
20 oktyabr
20:45. “Fənərbağça” (Türkiyə) – “SlaviyaPraqa” (Çexiya) – 2:2
Qollar: Oğuz Aydın, 4. Meyson Qrinvud, 11 – Lukaş Provod, 15. Pavel Kaçor, 90
20:45. “Sabah” (Azərbaycan) – “Borussiya Dortmund” (Almaniya) – 1:2
Qollar: Aden Makkarti, 39 – Seru Girassi, 10; 53
23:00. PSJ (Fransa) – “Barselona” (İspaniya) – 4:2
Qollar: Dezire Due, 38. Lukas Ernandes, 72. Vitinya, 81. Fabian Ruis, 86 – Xavi Espart, 55. Lamin Yamal, 79
23:00. “Liverpul” (İngiltərə) – “Vilyarreal” (İspaniya) – 4:3
Qollar: Aleksis Makallister, 36; 65. Ronald Arauxo, 45+2. Florian Virts, 69 – Jorj Mikautadze, 4. Serxi Kordona, 29. Tani Oluvaseyi, 87
23:00. “Mançester Siti” (İngiltərə) – “AEK Afina” (Yunanıstan) – 5:1
Qollar: Elliot Anderson, 12. Fil Foden, 34; 65; 76. Rayan Şerki, 57 – Stavros Pilios, 52
23:00. “Roma” (İtaliya) – “Slovan Bratislava” (Slovakiya) – 4:0
Qollar: Mario Ermoso, 21. Nauel Molina, 39. Nikolo Pizilli, 52. Doniel Malen, 58 (pen.)
23:00. “Portu” (Portuqaliya) – PSV (Niderland) – 0:1
Qol: Qus Til, 57
23:00. “Napoli” (İtaliya) – “Budö Qlimt” (Norveç) – 4:3
Qollar: Matteo Politano, 1. Skott Maktominey, 41; 75. Odin Byortuft, 88 (öz qapısına) – Yens Petter Höqe, 27. Andreas Helmersen, 59. Sonnre Brustad Fet, 90+4
23:00. “Ştutqart” (Almaniya) – “Atletiko Madrid” (İspaniya) – 1:1
Qollar: Ceymi Levelinq, 36 – Xulian Alvares, 47
Qırmızı vərəqə: Morten Yulmann, 64 (“Atletiko”)
Qeyd edək ki, Çempionlar Liqasında III turun qalan oyunları oktyabrın 21-də keçiriləcək.



No Comment! Be the first one.