Gəncə Stadionuna UEFA-dan yüksək qiymət
İki il ərzində aparılan ardıcıl və məqsədyönlü işlərin nəticəsi olaraq Gəncə Stadionu UEFA-dan yüksək qiymət alıb.
AFFA-nın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, arena rəsmi olaraq UEFA-nın 4-cü kateqoriyalı stadionu statusuna layiq görülüb.
Bu status stadionun UEFA-nın müvafiq beynəlxalq tələblərinə cavab verdiyini təsdiqləyir.
Yeni kateqoriya Gəncə Stadionuna milli komandaların oyunlarına, eləcə də UEFA-nın klub turnirlərində yüksək səviyyəli qarşılaşmalara ev sahibliyi imkanı verir.


No Comment! Be the first one.