Hakimlərimiz UEFA kursunda
İsveçrənin Cenevrə şəhərində UEFA-nın 2026/2027 mövsümü üçün elit və I kateqoriyalı hakimlərin yay kursu keçirilib.
AFFA-nın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, Azərbaycanı kursda beynəlxalq dərəcəli hakimlər Əliyar Ağayev və Elçin Məsiyev təmsil ediblər.
Toplanış zamanı ötən mövsümün hakimlik təcrübəsi nəzərdən keçirilib, yeni mövsümlə bağlı əsas məqamlar və UEFA Hakimlər Komitəsinin təlimatları diqqətə çatdırılıb. Həmçinin hakimlərin fiziki hazırlıq səviyyəsi yoxlanılıb.
Hakimlərimiz keçirilən testləri uğurla başa vuraraq kursu tamamlayıblar.


No Comment! Be the first one.