Hidayət Heydərova bir həftə vaxt verildi
“Uşangi Kokauri artıq gənc deyil. Amma hazırda komandada ən çox məşq edən idmançıdır. Yetəncə yaşının olmasına baxmayaraq, yetərincə də təcrübəsidir. Dünya səviyyəli olduğunu nəticəsi ilə göstərdi”.
Sportify.az xəbər verir ki, bunu cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman 100 kq-dan yuxarı çəki dərəcəsində dünya çempionatında gümüş medal qazanmış Uşangi Kokauri barədə danışarkən deyib.
Onun sözlərinə görə, Kokaurinin hədəfi Los Anceles-2028 Yay Olimpiya Oyunlarında çıxış etməkdir: “100 kq-dan yuxarı çəkidə 4 idmançımız var. Dünya çempionatındakılardan başqa Ramazan Əhmədov da mübarizə aparır. Kokauri Abu Dabi Qran Prisinə də gedəcək”.
Təcrübəli mütəxəssis Hidayət Heydərov barədə də danışıb: “Hidayət böyük çempiondur, amma hazırda çəki dərəcəsi ilə bağlı çətinliklər yaşayır. Qərarı biz yox, özü verəcək. Hansı çəkidə çıxış etmək istəsə, onu dəstəkləyəcəyik. Düşünmək üçün bir həftə vaxtı var. Yaxşı cüdoçudur, nəticə üçün hazır olmaq lazımdır. Hansı çəkidə çıxış etməsinin fərqi yoxdur”.
Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu isə Heydərovla görüşdüklərini bildirib: “Təkcə Hidayətdən deyil, digər cüdoçularımızdan da tələblərimiz var. Özü düşünüb qərar verəcək”.
Rəsullu hakimliyi müzakirə etmək istəmədiklərini söyləyib: “Bu, texniki məsələdir. Hamı heç vaxt razı qalmır. Hakimlər heyəti onu göstərməyə çalışırdılar ki, ev sahiblərinə kömək etdikləri görünməsin. Bəzən də bunu çox səylə edirdilər. Bu, bizi sevindirir və göstərir ki, hər şeyi öz zəhmətimizlə əldə etmişik. Biz öz işimizə baxmalı və o dərəcədə hazır olmalıyıq ki, hakimlərə səbəb verməyək. Zelim Kotsoyev və Zelim Tçkayev də bu barədə açıqlama verib. Biz idmançılarımızdan bunu gözləyirik. Necə ki, Elnur Məmmədli Pekin-2028-də hakimliklə də mübarizə aparırdı. İpponunu vermirdilər, yenisini atırdı”.



No Comment! Be the first one.