İdmançımız dünya reytinqində irəlilədi
Azərbaycanın boccia üzrə milli komandasının üzvü Sona Ağayeva dünya reytinqində mövqeyini yaxşılaşdırıb.
Sportify.az xəbər verir ki, Cənubi Koreyanın paytaxtı Seulda keçirilən dünya çempionatında BC2 kateqoriyasında bürünc medal qazanan idmançı reytinq cədvəlində 8-ci pilləyə yüksəlib.
S.Ağayeva mundialda 48 xal toplayıb. Bununla da onun reytinq xallarının sayı 74-ə çatıb və idmançı 7 pillə irəliləyib.



No Comment! Be the first one.