İkardi 2099-cu ilədək sürücülükdən məhrum edildi - ŞOK VİDEO
Türkiyənin “Qalatasaray” komandasının sabiq futbolçusu Mauro İkardi vətəni Argentinada yeni problemlə üzləşib.
Sportify.az xəbər verir ki, 33 yaşlı hücumçu Argentina Nəqliyyat Nazirliyinin qərarı ilə 2099-cu ilə qədər avtomobil idarə etmək hüququndan məhrum edilib.
Buna səbəb futbolçunun “Çinli” ləqəbli Yevgeniya Suareslə birlikdə avtomobildə olarkən çəkilən görüntülər olub. Videoda Suares təhlükəsizlik kəmərini açıb, İkardi isə avtomobili idarə etdiyi vaxt onun bədəninin böyük hissəsi pəncərədən çölə çıxıb.
Nazirlik görüntülərin yayılmasından sonra İkardinin sürücülük vəsiqəsinin müddətinin bitdiyini müəyyənləşdirib və tətbiq olunan cəzanı açıqlayıb.

İkardi isə sosial şəbəkədə nazirliyin paylaşımına sərt cavab verib. Argentinalı futbolçu İtaliya sürücülük vəsiqəsinin 2029-cu ilə qədər qüvvədə olduğunu bildirib və onun necə etibarsız sayıldığını soruşub: “2029-cu ilə qədər qüvvədə olan İtaliya sürücülük vəsiqəmi necə etibarsız hala gətirdiklərini öyrənmək istəyirəm. Nəqliyyat Nazirliyinin belə mənimlə məşğul olaraq mediada yer almağa çalışması mənə olduqca qəribə gəlir. İnsanlara yalan danışmağı dayandırın və işinizlə məşğul olun”, – İkardi bildirib.
Qeyd edək ki, Mauro İkardi hazırda özünə yeni klub tapa bilməyib.



No Comment! Be the first one.