“İmişli”nin futbolçusu “Şəfa”ya keçdi
“İmişli” klubu futbolçusu Vüsal Qənbərov ilə yollarını ayırıb.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumameylli yarımmüdafiəçi “Şəfa” klubuna transfer olunub.
Qənbərov 2024-cü ildən “İmişli”nin uğurları üçün çalışırdı. O, əyalət komandasının heyətində ümumilikdə keçirdiyi 47 oyunda 2 qola imza atıb.



No Comment! Be the first one.