“İmişli”nin baş məşqçisi: "Futbol tanrısı bizə bonus verdi"
“İmişli”nin baş məşqçisi Ervin Perkons “Şamaxı”ya 2:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, mütəxəssis oyunla bağlı düşüncələrini bölüşüb:
“Düşünürəm ki, oyun ümumilikdə kifayət qədər bərabərtərəfli keçdi. İlk hissədə biz çoxlu şanslar yaratdıq. Yüksək təzyiqlə çox yaxşı oynayırdıq. Ona görə də düşünürəm ki, bu, rəqibin problemlərinə səbəb oldu. Biz bu komanda haqqında da bilirdik ki, onlar yaxşı formadadırlar, yeddi oyunluq məğlubiyyətsizlik seriyası var idi. Ona görə də biz buna hazırlaşdıq və onları bir az təəccübləndirməyə çalışdıq.
İkinci hissədə onlar təşəbbüsü ələ aldılar. Daha doğrusu biz onlara top ilə daha çox oynamaq üçün şans verdik, kifayət qədər aqressiv deyildik. Bu, bizə bir qola başa gəldi. Əlbəttə, həmin an zədələnmiş oyunçumuz var idi. Ona görə də bəlkə əgər futbolçumuz orada olsaydı, bizim bu boş yerimiz olmayacaqdı və qol buraxmayacaqdıq.
Son 10-15 dəqiqədə düşünürəm ki, hər iki komandanın qazanmaq üçün yaxşı şansları var idi. Amma ehtimal ki, biz bir az daha çox risk etdik. Son 15 dəqiqədə yenidən iki hücumçu ilə oynamağa başladıq. Ona görə də düşünürəm ki, həmin risk sadəcə göstərdi ki, biz bu vəziyyətdə qazanmağa daha çox həvəsli idik. Bəlkə də cədvəldə bir az aşağıda olan komanda üçün normal nəticə heç-heçə ilə xoşbəxt olmaq olar. Amma biz çalışdıq, üç xalı əldə etməyə cəhd etdik və düşünürəm ki, futbol tanrısı həqiqətən də sonda bizə penalti kimi bu bonusu verdi. Hansını ki, biz qol vurduq və yenə arxada yaxşı müdafiə olunduq. Düşünürəm ki, bu, haqq edilmiş üç xal idi”.



No Comment! Be the first one.