“İnter”dən “Liverpul”a yeni təklif
İtaliyanın “İnter” klubu “Liverpul”un yarımmüdafiəçisi Kurtis Consun transferi ilə bağlı danışıqları davam etdirir.
Sportify.az xəbər verir ki, Milan klubu 25 yaşlı ingiltərəli futbolçu üçün yeni təklif hazırlayır. “İnter”in Consun keçidi üçün 30 milyon avro ödəməyə hazır olduğu bildirilir.
Kurtis Cons “İnter”in baş məşqçisi Kristian Kivunun əsas transfer hədəflərindən biridir. Milan təmsilçisi yarımmüdafiəçini heyətinə qatmaq üçün avqustun sonuna qədər danışıqları yekunlaşdırmağa çalışacaq.
İtaliya mətbuatının son məlumatlarına görə, “İnter”in təklifinin 30 milyon avrodan 35 milyon avroyadək yüksələ biləcəyi gözlənilir.
Consun “Liverpul”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Buna baxmayaraq, tərəflərin transfer məsələsində razılığa gəlməsi mümkündür.
Qeyd edək ki, Kurtis Cons “Liverpul”un yetirməsidir. O, klubun akademiyasına 9 yaşında qoşulub və 2019-cu ildən əsas komandada çıxış edir.



No Comment! Be the first one.