İslam Maxaçev – Karlos Prates döyüşünün vaxtı bəlli oldu
UFC-də yarımorta çəki üzrə titul uğrunda İslam Maxaçevlə Karlos Prates arasında döyüşün keçirilməsi planlaşdırılır.
Sportify.az xəbər verir ki, bu bə tərəflər qarşılaşmanı 2027-ci ilin yanvarında keçirməyi hədəfləyirlər.
Bildirilir ki, Prates artıq titul döyüşünün gələn ilin ilk UFC tədbirlərindən birinin proqramına salınmasının planlaşdırıldığından xəbərdar edilib. Qarşılaşmanın keçiriləcəyi məkan isə hələ müəyyənləşməyib.
Məlumata əsasən, daha əvvəl 2026-cı ilin sonuna qədər Maxaçevlə döyüşmək istədiyini bildirən Prates yanvar variantına razılıq verib. Braziliyalı döyüşçünün qonorarının da əhəmiyyətli dərəcədə artırılacağı və 1 milyon dolları keçəcəyi qeyd olunur.
Qeyd edək ki, Maxaçevin MMA karyerasında 29 qələbə və 1 məğlubiyyət, Pratesin isə 21 qələbə və 6 məğlubiyyət var.



No Comment! Be the first one.