İtaliyalı futbolçu “Rubin”ə keçir
İtaliyalı futbolçu Franko Tonya karyerasını Rusiyada davam etdirəcək.
Sportify.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “Rubin” ilə 4 illik müqavilə imzalayıb. Tonya yeni klubunda mövsümdə təxminən 800 min avro qazanacaq.
Kazan təmsilçisi ilə Türkiyənin “Gənclərbirliyi” klubu arasında futbolçunun 1,8 milyon avroya transferi ilə bağlı razılıq əldə olunub. Tonya daha əvvəl “Salernitana”da çıxış edib. İtaliya klubu transfer məbləğinin 30 faizini əldə edəcək. Bundan əlavə, “Salernitana” futbolçunun gələcək satışından pay almaq hüququnu da saxlayıb.
Hazırda Franko Tonya Rusiyada işləmək üçün viza almaq prosesindədir. Sənədləşmə tamamlandıqdan sonra yarımmüdafiəçinin Kazana yollanacağı, tibbi müayinədən keçdikdən sonra “Rubin”lə rəsmi müqaviləyə imza atacağı gözlənilir.



No Comment! Be the first one.