Jali Muaddib: Əsas olan qələbə idi
“Qarabağ”ın futbolçusu Jali Muaddib Misli Premyer Liqasının VI turunda “Şəfa” üzərində 1:0 hesablı qələbəni şərh edib.
Sportify.az-a danışan futbolçu qarşılaşmanın çətin keçdiyini bildirib:
“Bilirdik ki, asan oyun olmayacaq. Çətin qarşılaşma oldu. Rəqib bizə rahat oynamağa imkan vermirdi. Önəmli olan 3 xal idi. Öz evimizdə uduzmadıq və qələbə qazandıq.
Təbii ki, rahat qələbə qazanmaq istəyərik. 4-5 qol vurmaq istəyərik. Bəzən isə belə olmur, istədiyimiz kimi alınmır. Əsas olan qələbə idi”.


No Comment! Be the first one.