Karpukas “Zenit”lə müqavilə imzaladı
Rusiyanın Lokomotiv Moskva klubunun müdafiəyönümlü yarımmüdafiəçisi Artyom Karpukas Sankt-Peterburqun “Zenit” klubu ilə müqavilə imzalayıb.
Sportify.az xəbər verir ki, 23 yaşlı futbolçu Rusiya və Avropanın digər klublarına keçidi məhdudlaşdıran xüsusi bəndin yer almadığı 5 illik müqaviləyə imza atıb.
Karpukasın bu gün – avqustun 21-də “Zenit”in heyətində ilk məşqinə çıxacağı bildirilib.
Qeyd edək ki, Artyom Karpukas “Lokomotiv”in heyətində 144 oyuna çıxıb. O, bu matçlarda 6 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.



No Comment! Be the first one.