Kubokun püşkatma mərasiminin vaxtı bəlli oldu
Azərbaycan Kubokunda 2026/27 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Sportify.az xəbər verir ki, mərasim 18 sentyabr tarixində “Holiday INN” otelinin “Baku 1” zalında baş tutacaq.
Tədbir “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Saat 13:00-da başlanacaq tədbirə Peşəkar Futbol Liqasının 2026/27 mövsümü üçün akkreditasiya qeydiyyatından keçmiş media nümayəndələri dəvətlidir.
Qeyd edək ki, Azərbaycan Kubokunun 2026/27 mövsümündə 34 komanda iştirak edəcək.



No Comment! Be the first one.