"Kəpəz"in titullu futbolçusu vəfat etdi
Gəncə futboluna ağır itki üz verib.
Sportify.az-ın məlumatına görə, “Kəpəz”in sabiq futbolçusu Mehman Hacıyev 72 yaşında dünyasını dəyişib.
Ölümə uzun müddətdir davam edən qaraciyər ağrıları səbəb olub.
Dəfn mərasimi sentyabrın 7-də olacaq.
Qeyd edək ki, Mehman Hacıyev “Kəpəz”in heyətində 1994/1995 və 1998/1999 mövsümlərində Azərbaycan çempionu, 1993/1994 və 1996/1997 mövsümlərində ölkə kubokunun qalibi olub. O, eyni zamanda bir müddət “Kəpəz”in əvəzedici heyətinin baş məşqçisi kimi çalışıb.
Allah rəhmət eləsin!



No Comment! Be the first one.