Lixtenşteyn millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı - SİYAHI
Lixtenşteyn millisinin Azərbaycanla keçirəcəyi oyuna heyəti açıqlanıb.
Sportify.az xəbər verir ki, baş məşqçi Konrad Fünfştük sentyabr-oktyabr toplanışına 28 futbolçu dəvət edib.
Lixtenşteyn millisi UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 24-də Litvanı, 27-də Maltanı qəbul edəcək. Komanda oktyabrın 1-də Bakıda Azərbaycanla, oktyabrın 5-də isə Vaduzda Cəbəllütariqlə qarşılaşacaq.
Azərbaycan – Lixtenşteyn oyunu oktyabrın 1-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Heyətdə ən çox milli oyun keçirən futbolçu 111 matçda 7 qol vuran Nicolas Haslerdir. Benjamin Büchel və Maximilian Göppel isə hərəyə 82 dəfə Lixtenşteyn millisinin formasını geyinib.
Lixtenşteynin heyəti:
Qapıçılar: Benjamin Büchel (“Vaduz”), Justin Ospelt, Lorenzo Lo Russo (“Balzers”), Gabriel Foser (“Eschen/Mauren”).
Müdafiəçilər: Niklas Beck (“Balzers”), Maximilian Göppel (“Freienbach”, İsveçrə), Jens Hofer (“Düdingen”, İsveçrə), Livio Meier (“Eschen/Mauren”), Severin Schlegel (“Balzers”), Jonas Weissenhofer (“Hohenems”, Avstriya), Andreas Malin (“Göfis”, Avstriya).
Yarımmüdafiəçilər: Florian Allgäuer (“Ruggell”), Marcel Büchel (“Unipomezia Virtus”, İtaliya), Alessio Hasler (“Illertissen”, Almaniya), Nicolas Hasler (“Vaduz”), Kenny Kindle (“Balzers”), Liam Kranz (“Eschen/Mauren”), Andrin Netzer (“Dornbirn”, Avstriya), Aron Sele (“YF Juventus Zürich”, İsveçrə), Lars Traber (“Brühl”, İsveçrə), Emanuel Zünd (“Muttenz”, İsveçrə), Luca Beck (“Castrense”, Portuqaliya).
Hücumçular: Alessandro Lo Russo (“Eschen/Mauren”), Fabio Luque Notaro (“Balzers”), Bruno Poitner (“Fellbach”, Almaniya), Ferhat Saglam (“Ruggell”), Villiam Pizzi (“Balzers”).
Baş məşqçi: Konrad Fünfştük.



No Comment! Be the first one.