“Mançester Siti”nin yetirməsi bu komandaya keçdi
İngiltərənin “Fulhem” klubu “Sauthempton”un və Şimali İrlandiya millisinin mərkəz yarımmüdafiəçisi Şey Çarlzın transferini açıqlayıb.
Sportify.az xəbər verir ki, 22 yaşlı futbolçu London təmsilçisi ilə 2031-ci ilədək müqavilə imzalayıb. Razılaşmada müqavilənin daha bir mövsüm uzadılması ilə bağlı bənd də yer alıb.
Şey Çarlz “Mançester Siti”nin yetirməsidir və klubun sistemində 12 il fəaliyyət göstərib.
O, ötən mövsüm Çempionşipdə “Sauthempton”un heyətində 38 oyunda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.



No Comment! Be the first one.