Maykl Karrik “Sabah”ı təriflədi: Onların haqqını verməliyəm
“Qapımızı toxunulmaz saxlamaq xoşdur. Əlbəttə, oyunu qələbə ilə başa vurmağımız da vacibdir”.
Sportify.az xəbər verir ki, bunu İngiltərə “Mançester Yunayted”inin baş məşqçisi Maykl Karrik evdə “Sabah” üzərində 4:0 hesablı qələbəni qazandıqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk tur matçından sonra deyib.
45 yaşlı mütəxəssis komandası üçün müsbət məqamları dəyərləndirib.
O, qapıda qol görməmələrindən və hücumdakı oyundan razı qaldığını bildirib: “Müsbət məqamlar çox idi. Düşünürəm ki, hücum oyunçularımızdan bəziləri fantastik çıxış etdilər. Oynadığımız futbolun bəzi epizodları həqiqətən çox yaxşı idi. Keçidlər zamanı təhlükəli idik və əsasən müdafiədə də çox yaxşı oynadıq”.
Karrik “Sabah”ın oyununu da yüksək qiymətləndirib, Azərbaycan təmsilçisinin ona və komandasına ciddi problem yaratdığını bildirib: “Onların haqqını verməliyəm, həqiqətən də çətin rəqibdirlər. Qısa ötürmələrlə yaxşı əlaqələr qururlar və topu geri almaq üçün sizi çox işləməyə məcbur edirlər. Hesab oyunun rahat keçdiyini göstərir, amma qarşılaşma hər zaman belə olmadı. Düşünürəm ki, bu gün çox şeyi yaxşı etdik və bu da bizə yaxşı nəticə qazandırdı”.



No Comment! Be the first one.