Mbappe Fransa millisinin düşərgəsini tərk etdi
Fransa millisinin futbolçusu Kilian Mbappe dizindən zədələnib və milli komandanın düşərgəsini tərk edib.
Sportify.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının (FFF) mətbuat xidməti məlumat yayıb.
Mbappe UEFA Millətlər Liqasının A Liqasında ilk turun Türkiyəni səfərdə 1:0 hesabı ilə məğlub etdikləri oyununda komandasına qələbə qazandıran qolu 54-cü dəqiqədə vurub. Bundan sonra dizindən zədə alan 27 yaşlı hücumçu görüşü davam etdirə bilməyib.
Fransa millisinin açıqlamasında 28 yaşlı forvardın zədəsinin ciddi olduğunu açıqlayıb: “Qələbə qazandıran zərbəsi zamanı Kilian Mbappe dizindən zədə aldı. Onun vətərində zədələnmə diaqnozu qoyulub və o, milli komandanın bu toplanışının qalan hissəsində iştirak etməyəcək. Tezliklə sağalmasını arzulayırıq”.
Baş məşqçi Zinəddin Zidan isə deyib: “Təəssüf ki, vəziyyət yaxşı deyil. O, klubuna geri qayıtmalı olacaq. Risk etməyəcəyik. Zərbə zamanı onun dizində təzyiq yarandı. Bu, xüsusilə oyunu davam etdirə bilməməsi baxımından heç də ümidverici deyil”
Qeyd edək ki, Fransa millisi toplanış müddəti ərzində növbəti görüşlərini sentyabrın 28-də səfərdə Belçikaya, oktyabrın 2-də evdə İtaliyaya və oktyabrın 5-də Belçikaya qarşı keçirəcək.


No Comment! Be the first one.