Mbappe ilk “5-liy”ə girdi
İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının tarixində ən çox qol vuran futbolçuların ilk beşliyinə yüksəlib.
Sportify.az xəbər verir ki, fransalı forvard turnirin Liqa mərhələsinin II turunda İtaliya “Roma”sı ilə səfər qarşılaşmasında fərqlənərək qollarının sayını 72-yə çatdırıb.
Bununla da 28 yaşlı oyunçu “Real Madrid”in sabiq hücumçusu Raul Qonsalesi geridə qoyub. İspaniyalı futbolçunun hesabında 71 qol var.
Çempionlar Liqasının tarixində ən çox qol vuran futbolçuların siyahısına 140 qolla Kriştianu Ronaldu başçılıq edir. Lionel Messi 129 qolla ikinci, Robert Levandovski 107 qolla üçüncü, Kərim Benzema isə 90 qolla dördüncü yerdədir.
Qeyd edək ki, 2025/2026 mövsümünün Çempionlar Liqasının qalibi PSJ olub. Paris təmsilçisi finalda “Arsenal”ı penaltilər seriyasında məğlub edib.



No Comment! Be the first one.