Millimiz Litva ilə heç-heçə etdi - YENİLƏNDİ
Azərbaycan milli komandası UEFA Millər Liqasının yeni mövsümündə ilk görüşünə çıxıb.
Sportify.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv Litva yığmasının qonağı olub.
Kaunas şəhərindəki “Dariaus ir Gireno” stadionunda təşkil olunan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 9-cu dəqiqədə rəqibin heyətində penaltidən Armandas Kuçis açıb. Mahir Emreli 14-cü dəqiqədə bu qola cavab verib.
Litva və Azərbaycan yığmaları ilk dəfə rəsmi matçda qarşılaşıblar. 1998-ci ildə keçirilmiş iki yoldaşlıq görüşündən birində Azərbaycan 2:1, digərində Litva 1:0 hesabı ilə qalib gəlib. Tərəflərin 2019-cu il oyunu isə qolsuz yekunlaşıb.
Milli qrupda növbəti görüşünü oktyabrın 1-də evdə Lixtenşteyn seçməsinə qarşı keçirəcək.
—–
Bu gün Azərbaycan milli komandası UEFA Millər Liqasının yeni mövsümündə ilk görüşünə çıxacaq.
Sportify.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv Litva yığmasının qonağı olacaq.
Kaunas şəhərindəki “Dariaus ir Gireno” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Matçı Menelaos Andoniunun rəhbərliyi altında kiprli hakimlər briqadası idarə edəcək.
Litva millisi D Liqasının 2-ci qrupunda mübarizəyə qələbə ilə başlayıb. Edqaras Yankauskasın baş məşqçi olduğu kollektiv sentyabrın 24-də səfərdə Lixtenşteynə qalib gəlib – 2:0.
Azərbaycan yığması isə sentyabrın 23-də Bakıda Tacikistan yığmasını yoldaşlıq görüşündə məğlubiyyətə uğradıb – 1:0.
Litva və Azərbaycan yığmaları ilk dəfə rəsmi matçda qarşılaşacaqlar. 1998-ci ildə keçirilmiş iki yoldaşlıq görüşündən birində Azərbaycan 2:1, digərində Litva 1:0 hesabı ilə qalib gəlib. Tərəflərin 2019-cu il oyunu isə qolsuz yekunlaşıb.
UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup
17:00. Litva – Azərbaycan 1:1
Qollar: Armandas Kuçis, 9 (penalti) – Mahir Emreli, 14
Baş hakim: Menelaos Andoniu
Yan xətt hakimləri: Pavlos Gergiu, İraklis Komodromos
Dördüncü hakim: Konstandinos Fellas
VAR hakimi: Marios Xristoforu
VAR hakiminin köməkçisi: Dimitris Solomu
Hakim-inspektor: Nenad Cokiç (Serbiya)
UEFA nümayəndəsi: Oktavian Qoqa (Rumıniya)
Kaunas, “Dariaus ir Gireno” stadionu.



No Comment! Be the first one.