"Kəpəz" növbəti qələbəsini, "Sumqayıt" ilk xalını qazandı - YENİLƏNDİ
Misli Premyer Liqasında V turun daha bir görüşü keçirilib.
Sportify.az xəbər verir ki, “SOCAR Polymer Arena”da “Sumqayıt” və “Şamaxı” komandaları üz-üzə gəlib.
Baş hakim Əli Əliyevin idarə etdiyi oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
İlk qolu 25-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Jeam Oliveyra vurub.
54-cü dəqiqədə isə Edqar Adilxanov tarazlıq yaradıb.
Bununla da “Sumqayıt” ilk xalını qazanıb. “Gənclik şəhəri” təmsilçisi 1 xalla 11-ci pilləyə yüksəlib. “Şamaxı” isə 6 xalla 7-ci pillədə qalıb.
Günün digər matçında Gəncə şəhər stadionunda “Kəpəz” “Qəbələ”dən üstün olub -1:0.
Matçda yeganə qol 64-cü dəqiqədə Viktor Stina tərəfindən vurub.
“Kəpəz” 6 xalla altıncı, qonaqlar 4 xalla səkkizincidir.
Misli Premyer Liqası
V tur
12 sentyabr (şənbə)
17:30. “Kəpəz” – “Qəbələ” – 1:0
Qol: Viktor Stina, 64
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Cavid Cəlilov
VAR: Elvin Bayramov
AVAR: Kamran Bayramov
Gəncə şəhər stadionu
19:45. “Sumqayıt” – “Şamaxı” – 1:1
QOL: Jeam Oliveyra, 25; Edqar Adilxanov, 54
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Teymur Teymurov, İnqilab Məmmədov
VAR: Vüqar Həsənli
AVAR: Rahil Ramazanov
“SOCAR Polymer Arena”
13 sentyabr (bazar)
16:30. “Araz-Naxçıvan” – “Turan Tovuz”
19:00. “Zirə” – “Qarabağ”
14 sentyabr (bazar ertəsi)
19:00. “Şəfa” – “Sabah”
11 sentyabr (cümə)
“İmişli” – “Neftçi” – 2:3


No Comment! Be the first one.