Mourinyo Yamalı “Real Madrid”də görmək istəmir
İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Joze Mourinyo İspaniyanın digər təmsilçisi “Barselona”nın gənc ulduzu Lamin Yamalı komandasında görmək istəmədiyini bildirib.
Sportify.az xəbər verir ki, Mourinyoya “Yamalı “Real Madrid”də görmək istərdinizmi?” sualı ünvanlanıb.
“Xeyr. Şübhəsiz ki, o, möhtəşəm futbolçudur və böyük potensiala malikdir. Bu yaşda Avropa və dünya çempionu olmaq inanılmazdır. Amma bizim birinci dərəcəli heyətimiz var. Hazırkı komandama başqa heç bir futbolçu əlavə etməzdim. Mənim futbolçularım bunlardır və ən yaxşıları da onlardır”, – deyə Mourinyo bildirib.
Qeyd edək ki, Joze Mourinyo bu yay “Real Madrid”ə baş məşqçi təyin olunub. Portuqaliyalı mütəxəssislə 2029-cu ilə qədər müqavilə imzalanıb.



No Comment! Be the first one.