“Mən Petrin böyük fanatıyam”
UFC döyüşçüsü Co Payfer Petr Yanla Merab Dvalişvili arasında keçiriləcək qarşılaşma ilə bağlı fikirlərini bölüşüb. Amerikalı idmançı rusiyalı döyüşçünün qələbə qazana biləcəyini düşünür.
Sportify.az xəbər verir ki, oktyabrın 24-də Abu-Dabidə baş tutacaq görüşdə Petr Yan və Merab Dvalişvili UFC-nin ən yüngül çəki dərəcəsində çempionluq uğrunda üz-üzə gələcəklər.
Payfer Petr Yana rəğbət bəslədiyini gizlətməyib və onun qalib gəlmək şansını yüksək qiymətləndirib.
“Mən Petrin böyük fanatıyam. Düşünürəm ki, o, qələbə qazana bilər. Merabı və Şon O’Mallini də bəyənirəm. Lakin Petr Şon üçün çox çətin rəqibdir. Yanla O’Malli arasında revanş döyüşünün keçirilməsini istərdim. Məncə, Petr bu dəfə Şonu daha inamlı şəkildə məğlub edə bilər. Hətta döyüşü vaxtından əvvəl bitirməsi də mümkündür”, – deyə amerikalı idmançı Tim Uelçin podkastında bildirib.
Qeyd edək ki, Yan və Dvalişvili arasındakı qarşılaşma MMA azarkeşlərinin böyük maraqla gözlədiyi döyüşlərdən biridir. Oktyabrın 24-də keçiriləcək görüşün nəticəsi çempionluq titulunun taleyinə aydınlıq gətirəcək.



No Comment! Be the first one.