Məşhur futbolçu karyerasını başa vurur
Fransa millisinin sabiq hücumçusu Olivye Jiru futbolçu karyerasını başa vuracağını açıqlayıb.
Sportify.az xəbər verir ki, 39 yaşlı forvard hazırda Fransanın “Lill” klubunda çıxış edir.
O, 2026/27 mövsümünün sonunda peşəkar karyerasını başa vurmağı planlaşdırır.
Jiru “L’Équipe”yə açıqlamasında deyib:
“Görünür, futbolçu kimi bu, mənim son mövsümümdür. Buna görə də hər anın zövqünü çıxarıram”.
Qeyd edək ki, Jiru ötən ilin yayından “Lill”də çıxış edir. Təcrübəli hücumçu daha əvvəl “Los-Anceles”, “Milan”, “Çelsi” və “Arsenal”ın formasını geyinib.
O, 2018-ci ildə Fransa millisinin heyətində dünya çempionu olub.



No Comment! Be the first one.