"Neftçi" Avropa Kubokunda məğlub oldu
Bu gün “Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti – 4-cü matçına çıxıb.
Sportify.az xəbər verir ki, müntəzəm mövsümün IV turunda Rumıniya təmsilçisi “Oradya”nı qəbul edən “ağ-qaralar” 83:99 hesabı ilə uduzublar.
Qarşılaşma Bakı İdman Sarayında baş tutub.
Xatırladaq ki, “Neftçi” H qrupunda keçirdiyi əvvəlki üç görüşdə də məğlub olub. Komanda daha əvvəl “Fribur Olimpik”ə (İsveçrə) 73:78, Yunanıstan təmsilçisi “Mikonos”a 58:78 və Latviyanın VEF kollektivinə 94:110 hesabı ilə uduzub.



No Comment! Be the first one.