Prezident İlham Əliyev paralimpiya çempionlarımızı təltif etdi
Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sportify.az xəbər verir ki, Sərəncama əsasən, Elvin Astanov (nüvəitələmə), Ramil Qasımov (paracüdo), Pərvin Məmmədov (parapauerliftinq) və Oloxan Musayev (nüvəitələmə) Milli Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Tərəqqi” medalı ilə təltif olunublar.
Qeyd edək ki, Oloxan Musayev Pekin-2008, Ramil Qasımov Rio-2016, Elvin Astanov Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl, Pərvin Məmmədov Tokio-2020-də bürünc medal qazanıb.



No Comment! Be the first one.