PFL "Qarabağ" və "Neftçi"ni mükafatlandırdı
Azərbaycan çempionatlarında 1000-ci oyunlarını keçirmiş “Qarabağ” və “Neftçi” klublarına xatirə mükafatları təqdim olunub.
Sportify.az-ın məlumatına görə, xüsusi hədiyyələri Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov Misli Premyer Liqasında VIII turun “Qarabağ” – “Neftçi” oyunundan əvvəl verib.
“Qarabağ”ın 1000 oyununun hər birində əvvəl futbolçu, sonradan isə klub rəsmisi kimi iştirak etmiş, hal-hazırda lisenziyalaşdırma üzrə menecer Şahid Həsənov və uzun illər “Neftçi”nin şərəfini qorumuş veteran futbolçu, hazırda seleksiya məşqçisi kimi çalışan İqor Getman təltif edilib.



No Comment! Be the first one.