Pokatilov Çempionlar Liqasının rəmzi "11-liy"ində
“Sabah”ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasında II turun rəmzi heyətinə düşüb.
Sportify.az xəbər verir ki, bu, “Sofascore” platformasının turun yekunları əsasında hazırladığı qiymətləndirmədə əksini tapıb.
Qazaxıstanlı qolkiperin Çexiyanın “Slaviya Praqa” klubuna qarşı matçda matçda çıxışı 9,7 reytinq balı ilə qiymətləndirilib. O, həm də rəmzi “11-lik”də İngiltərə “Liverpul”unun yarımmüdafiəçisi Bredli Barkoladan sonra ən yüksək qiymət alan ikinci oyunçu olub.
Qeyd edək ki, Stas Pokatilov UEFA Çempionlar Liqasının II turunda qapısını toxunulmaz saxlayan 8 qapıçıdan biri olub. “Sabah” “Slaviya Praqa”nı 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Bahar RÜSTƏM



No Comment! Be the first one.