“Qarabağ” – “Neftçi” oyununa görə 19 nəfər saxlanıldı
Misli Premyer Liqasında VIII turun “Qarabağ” – “Neftçi” oyunu ərəfəsində və oyundan sonra insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb.
Sportify.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Həmin şəxslər barəsində aidiyyəti polis orqanında məsuliyyət tədbirləri görülür.
Qeyd edək ki, oyun 3:3 hesablı heç-heçə ilə nəticələnib.


No Comment! Be the first one.