“Qəbələ” braziliyalı ilə gücləndi
“Qəbələ” növbəti transferini rəsmiləşdirib.
Sportify.az xəbər verir ki, “qırmızı-qaralar” braziliyalı müdafiəçi Edson Eduardo ilə anlaşıb.
24 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.
Edson son olaraq İslandiyanın “Vestri” klubunda çıxış edib.
O, buna qədər vətənində “Rondoniense”, “Anapolis”, “Ponte Preta” və Tunisdə “Qabes” klublarının formasını geyinib.


No Comment! Be the first one.