"Qəbələ" iki məşqçiyə tapşırıldı
“Qəbələ” Misli Premyer Liqasının IV turunda “İmişli”yə qarşı keçirəcəyi oyunun hazırlığına başlayıb.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kollektiv qarşıdakı matça Amil Ağacanov – Miloş Yevtiç məşqçilər duetinin rəhbərliyi altında hazırlaşır.
Avqustun 31-də “Qəbələ” baş məşqçi Kaxaber Tsxadadzeni köməkçisi Georgi Çixradze ilə birlikdə istefaya göndərib. Hələlik bu posta yeni təyinat olmayıb.
Ağacanov komandada qapıçı məşqçisi, Yevtiç isə fiziki hazırlıq üzrə məşqçi vəzifəsində çalışır.
Qeyd edək ki, “Qəbələ” – “İmişli” qarşılaşması sentyabrın 4-də, saat 18:00-da start götürəcək.


No Comment! Be the first one.