"Sabah" azlıqda qalan "Slaviya Praqa" ilə bacarmadı
“Sabah” UEFA Gənclər Liqasının II turunda Çexiyanın “Slaviya Praqa” komandasına böyük hesabla uduzub.
Sportify.az xəbər verir ki, Azərbaycan təmsilçisi rəqibinə 0:3 hesabı ilə məğlub olub.
“Slaviya”nın heyətində Bartoş Şivala 5-ci, Matey Kotrba 41-ci dəqiqədə penaltidən, Lazar Savoviç isə 90+4-cü dəqiqədə fərqlənib.
Çexiya təmsilçisi 2:0 hesabı ilə öndə olduğu vaxt Migel Solartenin birbaşa qırmızı vərəqə alması üzündən azlıqda qalıb. Lakin “Sabah” say üstünlüyündən yararlana bilməyib.
Qeyd edək ki, Azərbaycan komandası ilk turda “Mançester Yunayted”ə 0:5 hesabı ilə uduzub.



No Comment! Be the first one.